İrəvanda etirazçılar əsas yolları bağladılar

 10:44 25.02.2021     44

Ermənistanda etiraz aksiyası başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, paytaxt İrəvanda keçirilən aksiyanı Vazgen Manukyanın başçılıq etdiyi "Vətənin xilası üçün ittifaq" təşkil edib.

Etirazçılar bir neçə əsas yolu bağlayıb. Əsas tələb baş nazir Nikol Paşinyanın istefasıdır. "Nikol, rədd ol". "Nikolsuz Ermənistan!" şüarları səsləndirilib. Hazırda aksiya davam edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/925576.html