Xətibzadə İran obyektlərinin məhvindən danışdı

 01:22 27.02.2021     67

ABŞ-ın Suriyaya aviazərbəsi beynəlxalq hüquq pozuntusudur.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“ABŞ-ın Suriya hücumu İsrailin fasiləsiz təcavüzkarlığının davamıdır. ABŞ bazaları qeyri-qanuni olaraq Suriyada yerləşdirilib və orada terrorçular təlim görür”, - deyə Xətibzadə bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Suriyada İran hərbi obyektlərinə zərbələr endirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541180.html