"Beşiktaş"dan inamlı qələbə: liderə şərik oldu

 01:31 27.02.2021     74

Fevralın 26-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun birinci gün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Dənizlispor”u qəbul edib.

Axar.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə "Beşiktaş" qonaqların qapısından üç cavabsız top keçirib. "Beşiktaş"ın qollarını Kayl Larin, Vinsent Aboubakar və Adem Lyayiç vurub.

Günün digər matçında "Gənclərbirliyi" öz meydanında "Yeni Malatyaspor"la heç-heçə edib – 1:1. "Konyaspor" – "Qaziantep" matçında isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə 51 xal toplayan "Fənərbağça" qərarlaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/541183.html