İmişlidə insanlıq dramı - Qadın üç körpə övladı ilə... – GÖRÜNTÜLƏR

 01:30 27.02.2021     63

İmişli sakini Kəmalə adlı qadın üç uşaqla çadırda yaşayır.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, qadını həyat yoldaşı atıb, valideynləri isə yoxdur. Uşaqlarının yaşına görə aldığı sosial müavinət kəsilib.

O, bələdiyyənin onun üçün ayırdığı torpaq sahəsində çadır düzəldib və övladları ilə orada yaşayır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/347884.html