Rokfeller BMT binasının yerləşdiyi ərazini də istəyir

 01:42 27.02.2021     66

BMT-nin Nyu-York şəhərindəki baş qərargahının yerləşdiyi ərazi dünya təşkilatına aiddir və Pablo Pikassonun məşhur əsərlərindən olan Gernika kimi Rokfeller ailəsinə qaytarılmayacaq.

Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu torpaq bağışlanıb, ona görə bizə məxsusdur və geri qaytarmağımızı istəyə bilməzlər”- deyə BMT rəsmisi bildirib.

Qeyd edək ki, BMT-nin qərargah binasının yerləşdiyi torpaq sahəsi 1940-cı illərdə Con Rokfeller tərəfindən BMT-yə bağışlanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541184.html