Dünyada qızıl ucuzlaşır - BU SƏBƏBDƏN

 05:48 27.02.2021     60

ABŞ dollarının son günlər bahalaşması nəticəsində hərraclarda qızıl dörd sessiyadır ucuzlaşmaqda davam edir.

Publika.az xəbər verir ki, dünya birjalarında qızılın ucuzlaşması və dolların bahalaşması ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyəsinin artması ilə bağlıdır.

Qeyd edək ki, dörd hərrac sessiyasıdır ucuzlaşan qızıl 1 800 dollar səddindən aşağıda qalır. Belə ki, bu həftə ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyəsi illik maksimuma çatıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/gundem/347863.html