Oğuzda dəhşətli hadisə - Su qızdırıcısı partladı

 06:50 27.02.2021     46

Oğuzda su qızdırıcısının partlaması nəticəsində 28 yaşlı qadın xəsarət alıb.

Hadisə rayonun Kərimli kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Püstəxanım İsrayıl qızı Zakirova evdə olan su qızdırıcısının partlaması nəticəsində üz nahiyəsindən ağır xəsarətlər alıb.

Yanıq xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/347855.html