Kanadada "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib

 07:45 27.02.2021     47

Kanadanın Səhiyyə Nazirliyi ölkə ərazisində "AstraZeneca" şirkəti və Oksford Universiteti tərəfindən hazırlanan peyvəndlərdən istifadəyə icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, peyvəndin effektivliyi 62,1 faiz kimi dəyərləndirilir, sözügedən vaksinlər 18 yaşdan yuxarı şəxslərə vurula bilər.

Xatırladaq ki, daha əvvəl Kanadanın Səhiyyə Nazirliyi "Pfizer" və "Moderna" şirkətlərinin istehsal etdiyi peyvəndlərin istifadəsinə icazə vermişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/926214.html