Argentinanın səhiyyə naziri koronavirusa yoluxub

 07:55 27.02.2021     46

Argentinanın səhiyyə naziri Karla Visotti koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, o, martın 1-də keçiriləcək parlamentin sessiyasının açılışında iştirak etmək üçün koronavirus test etdirib: "Mənə bildirdilər ki, testin nəticəsi müsbət çıxıb. Bununla əlaqədar yaxın günlərdə mən müəyyən edilmiş protokola uyğun özümü təcrid edəcəyəm".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/926215.html