Türkiyədə ənənəvi təhsil bərpa olunur

 15:03 27.02.2021     50

Türkiyədə ənənəvi təhsil sisteminə keçilməsi barədə qərar verilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ibtidai, 8-ci və 12-ci sinif şagirdləri martın 1-dən etibarən məktəbə gedə biləcəklər.

Sözügedən tarixdən etibarən həftənin 2 günü 12 dərs ənənəvi formada keçiriləcək. Digərlərində isə distant təhsil tətbiq olunacaq.

Bir dərs 30 dəqiqə, fasilə isə 10 dəqiqə olacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/926318.html