Avropa çempionatının vaxtı açıqlandı

 15:18 27.02.2021     45

Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb.  Turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/926335.html