Bakı küçələri qardan sonra təmizlənir - FOTO

 15:32 27.02.2021     55

Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri aparılır.

Milli.Az bildirir ki, fevralın 24-də Bakı şəhərinə 12 saatdan çox yağan güclü qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən operativ tədbirlər həyata keçirilir. Istər gecə, istərsə də səhər saatlarında şəhərin prospekt, küçə və yolları kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib.

Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri şəhərin müxtəlif ərazilərində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlayıblar. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Küçə və prospektlərdə yerləşən ictimai iaşə və digər obyektlərin fasad və vitrinləri təmizlənib.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sinmış ağaclar budanmış, digər lazımı işlər həyata keçirilmişdir.

Təmizlik işləri gün ərzində paytaxtın bütün rayonlarında aparılır və görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/926341.html