Bu tərəvəz koronavirusdan sonra bədənin bərpa olunmasına kömək edir

 15:34 27.02.2021     48

Diyetoloq Andrey Knyazkov COVID-19-dan sonra orqanizmi bərpa etməyə imkan verən qida məhsulunun adını açıqlayıb. O, "Sankt-Peterburq" telekanalının efirində tamaşaçılara bir sıra məsləhətlər verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim koronavirusa yoluxmuş insanlara qida rasionuna bibəri (xüsusilə də bolqar bibərini) daxil etməyi məsləhət görüb. Diyetoloq bildirib ki, tərkibindəki C vitamininin miqdarına görə bibər yalnız itburnudan geri qalır.

Knyazkovun sözlərinə görə, bibərin bütün növlərinin tərkibində faydalı maddələr olan alkaloidlər var, buna görə də hər hansı bir bibər növü xəstəlikdən sonra bədənin bərpa prosesinə kömək edir. Məsələn, qara istiotun tərkibindəki piperin maddəsi immunitet sistemini gücləndirir.

Rusiyalı həkim-fitoterapevt, biologiya elmləri namizədi Mixail Luşik isə bildirib ki, qırmızı, qara və acı istiot koronavirusdan sonra orqanizmi bərpa etməyə kömək edir. Onun sözlərinə görə, bibər qan dövranını sürətləndirir, zərərli qidaların orqanizmdən xaric olunmasına kömək edir.

Bu ilin yanvar ayında həkim-terapevt və diyetoloq Yekaterina Burlyayeva koronavirus xəstələrinin istifadə etməməli olduqları ərzaq məhsullarını sadalamışdı. Onun sözlərinə görə, pandemiya müddətində duz və şəkərin, həmçinin doymuş və trans yağ turşularının qəbulu məhdudlaşdırılmalıdır. Bundan başqa, un məhsulları, çörək-bulka məmulatları, qazlı və şirəli içkilərin miqdarını azaltmaq da tövsiyə olunur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/926135.html