Şarl Mişel Tiflisə gəldi

 22:54 28.02.2021     80

Avropa Birliyinin (AB) Prezidenti Şarl Mişel rəsmi səfərlə Tiflisə gəlib.

Axar.az xəbər verir ki, AB Prezidentini az əvvəl Tiflis Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani, Birliyin Gürcüstandakı səfiri Karl Hartzel və Gürcüstanın Avropadakı səfiri Natali Sabanadze qarşılayıb.

Rəsmi görüşlərə 1 martdan başlayacaq Ş.Mişel ilk öncə Prezident Salome Zurabişvili ilə görüşəcək ardından birgə mətbuata açıqlamalar veriləcək. Daha sonra isə AB Prezidenti Baş nazir İrakli Qaribaşvili və Parlamentin sədri Arçil Talakvadze ilə bir araya gələcək.

Daha sonra isə S.Mişel Gürcüstandakı siyasi partiyaların liderləri ilə görüş keçirəcək.

AB Prezidenti həmçinin işğal xəttini ziyarət edəcək və AB nümayəndəliyinin yeni ofisinin açılışında iştirak edəcək.

Ş.Mişelin Gürcüstandan 2 martda tarixində ayrılacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/541555.html