Moskvada Qarabağla bağlı mühüm görüş

 23:06 28.02.2021     69

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.

Axar.az xəbər verir ki, görüşün iştirakçıları Dağlıq Qarabağın inkişafı planlarını müzakirə ediblər.

Bundan əlavə həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə bağlı ekspertlərin hesabatları nəzərdən keçirilib. Sərhəd, gömrük nəzarəti də daxil olmaqla daşımalara nəzarət də müzakirə edilib.

Qeyd edilir ki, işçi qrupun növbəti iclası martın 1-i videokonfrans formatında keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/541559.html