Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək

 23:16 28.02.2021     67

ABŞ-ın keçmiş prezidenti Donald Tramp medianın iddialarına baxmayaraq, ölkədə yeni partiya yaratmaq fikrində olmadığını bəyan etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, onun respublikaçıları bir olmağa çağıracağı və partiyanın 2022-ci ildə keçiriləcək aralıq seçkilərə necə hazırlaşması barədə təkliflərini təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, "The Wall Street Journal" qəzeti və bir sıra digər KİV-lər D.Trampın ABŞ-da yeni siyasi partiya yaratmaq fikrində olduğunu bildirirdilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/926585.html