Pişik təyyarəni yerə endirdi

 23:30 28.02.2021     71

Sudandan Qətərin paytaxtı Dohaya istiqamətlənən təyyarə pişiyə görə yerə enməyə məcbur olub.

Axar.az xəbər verir ki, bu barədə "Əs-Sudani" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Sudanın Xartum şəhərindən Qətərə uçan təyyarənin pilotlar kabinəsininə aqressiv pişik daxil olub. Pişik təyyarəni idarəetməyə mane olub, kapitana hücum etməyə çalışıb. Məhz bu səbəbdən sözügedən təyyarə kapitanı Xartum hava limanına qayıtmağa qərar verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541561.html