Rusiya MN-dən Qarabağ AÇIQLAMASI

 23:49 28.02.2021     70

"Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".

Publika.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Bu günə kimi 1535 hektar ərazi, 478 km yol, 1512 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 24 962 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Rusiya sülhməramlıları Azərbaycan silahlı qüvvələrinin 5 avtomobil karvanının təhlükəsiz keçidini təmin ediblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/348053.html