Tramp yeni partiya yaradır?

 00:07 01.03.2021     74

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə yeni partiya yaratmaq fikrində olmadığını bəyan etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə "Fox Nyus" məlumat yayıb.

Məlumata görə, onun respublikaçıları bir olmağa çağıracağı və partiyanın 2022-ci ildə keçiriləcək aralıq seçkilərə necə hazırlaşması barədə təkliflərini təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, "Vol Strit Jurnal" qəzeti və bir sıra digər KİV-lər D.Trampın ABŞ-da yeni siyasi partiya yaratmaq fikrində olduğunu bildirirdilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541568.html