Moskva küçələrində Türkiyə bayraqlı maşınlar... - Video

 01:20 01.03.2021     66

Rusiyanın paytaxtı Moskvanın Varşava prospektində üzərində Türkiyə bayrağı əks olunmuş “Mersedes”, “Yaquar”, “Nissan Teana”, “Qalendvagen” markalı bir neçə avtomobil təhlükəli manevrlər ediblər.

Axar.az xəbər verir ki, avto-şou elə avtomobildə olanlar tərəfindən lentə alınıb.

Daha sonra Moskva polisi magistral yolu bağlayan və təhlükəli manevr edən sürücülərin hərbi birinə inzibati xətalar üzrə protokollar tərtib edib:

“Sürücülər yol polisləri tərəfindən müəyyən edilib və Artyuxinov küçəsində saxlanılblar. Qanunu pozanlar qarşı İnzibati Xətalar üzrə protokollar tərtib edilib”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541579.html