İran imtina etdi, Ağ Ev məyus oldu

 01:33 01.03.2021     66

Ağ Ev İranın qeyri-formal görüşdən imtina etməsi ilə bağlı məyusluğunu bildirir və “P5+1” üzrə tərəfdaşlarla gələcək addımları müzakirə etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ qarşılıqlı şəkildə öhdəliklərə qayıtmaq üçün konstruktiv diplomatiyaya qayıtmağa hazırdır.

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik", — deyə Ağ Evin nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan öncə İran hakimiyyətinin ABŞ və Avropa Birliyinin Tehranın nüvə proqramı ilə əlaqədar birbaşa diplomatik əlaqələrə başlamaq təklifi ilə razılaşmadığı məlum olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541580.html