Türkiyədən Myanma bəyanatı: Sərt şəkildə qınayırıq!

 01:45 01.03.2021     66

Myanmada 1 fevral 2021-ci il tarixində baş tutan hərbi çevrilişdən sonra dinc əhaliyə qarşı tətbiq edilən və xeyli insanın ölümü ilə nəticələnən zorakı addımları sərt şəkildə qınayırıq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN-nin məlumatında bildirilib ki, rəsmi Ankara bu ölkədə baş verən qeyri-demokratik prosesləri dərin narahatlıqla izləyir.

Qeyd edək ki, ötən gün Myanmanın müxtəlif şəhərlərində hökumət qüvvələri ilə toqquşmalarda 17 dinc sakin həlak olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541581.html