Günlük yoluxma 384 mini ötdü - ÜST

 03:43 01.03.2021     63

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 384 mindən çox artıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 384 956 nəfər yeni koronavirusa yoluxub, 8 230 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 113 467 303, ölənlərin isə 2 520 550 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/348061.html