Türkiyədə karantin rejimi yumşaldılır - Ərdoğan açıqladı

 22:25 01.03.2021     73

Bu gündən etibarən mərhələli şəkildə normallaşma prosesinə başlayırıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pandemiyadan dolayı karantin məhdudiyyətləri ilə bağlı açıqlamasında deyib.

“Həftə sonları küçəyə çıxmaq qadağası aşağı və orta riskli bölgələrdə tamamən ləğv edilsə də, yüksək və olduqca yüksək riskli bölgələrdə bir müddət bazar günləri bu qadağa qüvvədə olacaq”, - dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, həftə sonları 21:00-dan 05:00-dək komendant saatı qüvvədə olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541795.html