Qasparyan özü ən böyük satqındır - PAŞİNYAN

 22:24 01.03.2021     63

"Baş qərargahın Ermənistanın Baş nazirinin istefası ilə bağlı açıqlaması əvvəlki hökumətin generallara təsirinin nəticəsidir”.

Publika.az
"Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Respublika meydanındakı mitinqdə erməni Baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, 2008-ci ilin martında öz xalqının üzərinə ordu yeridənlər indi bunu yenidən etməyə şalışırlar:

"Eyni insanlar bu gün də ordunu xalqa və bu xalqın seçdiyi hökumətə qarşı qaldırmağa cəhd edirlər. Əks halda, Baş qərargahın bəyanatını başqa cür izah edə bilmərəm"

Baş nazir bildirib ki, bu, bir təxmin deyil, konkret əsaslandırılmış bir haldır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/348179.html