Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə olundu

 22:44 01.03.2021     63

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Axar.az FHN-ə istinadən xəbər verir ki, binanın zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb.

Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/541798.html