İrandan növbəti Qarabağ açıqlaması

 23:02 01.03.2021     64

Azərbaycan İranın sadəcə olaraq qonşusu deyil, bizim dinimiz, mədəniyyətimiz eynidir. Biz müştərək tarixə malik xalqlarıq.

Axar.az xəbər verir ki, bu sözləri İran Konstitusiya Quruluşunun Mühafizə Şurasının katibi Möhsün Rezayi Qumda keçirilən beynəlxalq Qarabağ konfransında deyib.

O bildirib ki, Ermənistan Dağlıq Qarabağda yaşayan erməniləri müdafiə etmək bəhanəsi və bəzi dövlətlərin təhriki ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdi. Lakin Azərbaycan beynəlxalq birliyin biganəliyini və ikili standartlardan çıxış etməsini gördükdə öz torpaqlarını azad etmək qərarını verdi və Qarabağı azad etdi. Azərbaycan beynəlxalq qanunlara və hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar apararaq öz torpaqlarını geri qaytardı.

M.Rezayi nəzərə çatdırıb ki, İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. O vurğulayıb ki, regionda sülh və əmin-amanlıq daimi olmalıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/541804.html