Bakıda yaşayış binasında YANĞIN: 25 nəfər təxliyə edildi

 23:00 01.03.2021     61

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/348182.html