ABŞ açıqladı: İranın dəstəklədiyi döyüşçü öldürüldü

 23:22 01.03.2021     70

Suriyada İran hərbi obyektlərinə endirilən aviazərbələrdə iranmeylli bir döyüşçü öldürülüb, ikisi isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.

O bildirib ki, əməliyyatın məqsədi Suriya-İraq sərhədində İranın dəstəklədiyi qruplara aid infrastrukturu sıradan çıxarmaq olub.

Qeyd edək ki, iki gün öncə Suriyanın Əl-Bukemal şəhərində təşkil edilən hücum zamanı İranın dəstəklədiyi milislərə aid 9 bina tamamilə məhv edilib, 2 bina isə yararsız hala gətirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541804.html