Bu evi şəhərin istənilən yerində quraşdırmaq olar

 23:18 01.03.2021     58

Arxitektor Ceyms Lounun layihəsi əsasında hazırlanan beton boru içində mini ev layihəsi orijinallığı ilə seçilir.

Milli.Az xəbər verir ki, su borusundan istifadə edilən bu tip evin ağırlığı təqribən 20 ton, diametri isə 2,5 metrdir və onu şəhərin istənilən yerində quraşdırmaq mümkündür.

Arxitektorun fikrincə, boru-ev xüsusilə də böyük şəhərlərdə yaşayan insanların evlə və kommunal xidmətlərlə bağlı xərclərini minimuma endirir.

Evdə 1 və ya 2 nəfərin rahat yaşaması üçün lazımi şərait var. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926810.html