Abşeron rayonunda 3 otaqlı ev yanıb

 23:34 01.03.2021     59

Abşeron rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 30 m² sahədə, 1 otağında divan-kreslo, masa və giriş qapısı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/926970.html