Bu otelə yalnız kanatla getmək mümkündür

 23:41 01.03.2021     59

İsveçrənin Alp dağlarında sərt qaya üzərində yerləşən otelə yalnız kanat yoluyla daxil olmaq mümkündür.

Milli.Az xəbər verir ki, otel turistlər və təbiəti sevənlər üçün yalnız ilin aprel-oktyabr aylarında açıqdır.

Oteldə yaşamaq üçün şərait o qədər də komfortlu deyil. Bir neçə otaqdan ibarət mehmanxana 4 nəfər üçün nəzərdə tutulub. Burada qonaqlara Alp dağlarının sakinlərinin ənənəsinə uyğun olaraq sadə, lakin doyumlu yemək təklif olunur.

Dağların, göllərin və vəhşi təbiətin gözəlliyini seyr etmək istəyən qonaqlar bu məqsədlə 1 və ya 3 saatlıq sadə və mürəkkəb marşrutlardan istifadə edə bilərlər. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926823.html