Rusiyanın ən yaxşı qırıcısı “F-22 Raptor”a uduzdu

 23:51 01.03.2021     70

“Defence Blog” saytı dünyanın ən yaxşı qırıcılarının siyahısını dərc edib.

Axar.az xəbər verir ki, saytın keçirdiyi sorğuya əsasən, ABŞ-ın “F-22 Raptor” təyyarəsi 40 faiz səslə dünyanın ən yaxşı qırıcısı seçilib.

İkinci yerdə isə 14 faiz səslə Rusiyanın Su-35 qırıcısı qərarlaşıb. Fransanın “Rafale” qırıcısı (13 faiz) 3-cü yerə layiq görülüb.

ABŞ-ın “F-35 Lightning II”, “F-15 Eagle”, “F/A 18E/F Super Hornet”, Rusiyanın Su-57, Çinin J-20 və Avropanın “Tayfun” qırıcıları da siyahıda yer alıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541812.html