Erməni hərbçilərdən Paşinyana: Dayandır bunu!

 00:20 02.03.2021     68

Nikol Paşinyan əsassız ittihamları dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin yaydığı bəyanatda deyilir.

SQ-nin bəyanatını Ermənistan Baş Qərargahının nümayəndəsi Samvel Asatryan Feysbuk səhifəsində paylaşıb.

“Xalqın oğullarından ibarət olan silahlı qüvvələr milli təhlükəsizliyə yönələn təhdidləri görür, qəbulediməz hesab edir və SQ, ayrı-ayrı vəzifəlilərə qarşı əsassız ittihamlara son qoymağa çağırır”, - deyə bildirilib.

Qeyd edək ki, N.Paşinyan onun və rəhbərliyindəki hökumətin istefasını tələb edən Baş Qərargah rəisinin müraciətini hərbi çevriliş kimi qiymətləndirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541815.html