Pentaqon rəsmisi İsraillə bağlı sualdan boyun qaçırdı

 01:28 02.03.2021     70

Pentaqon rəsmisi İsrailə məxsus gəminin İran tərəfindən vurulması iddialarını şərh etməkdən imtina edib.

Axar.az TASS-a istinadən xəbər verir ki, Pentaqon sözçüsü Con Kirbi bu yöndə hər hansı məlumata sahib olmadığını bildirib:

“İsrail gəmisindən söhbət getdiyi üçün sizi bu ölkənin rəsmilərinə yönləndirərdim. Bu tribundan sözügedən mövzu ilə bağlı danışacağım hər hansı kəşfiyyat dəyərləndirməm yoxdur”.

Qeyd edək ki, Oman körfəsində İsrailə məxsus gəmidə partlayış baş verib. İsrail rəsmiləri partlayışın arxasında İranın dayandığını iddia edirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/541826.html