Abşeronda 3 otaqlı ev yandı

 01:38 02.03.2021     58

Abşeron rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, rayonun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 30 m² sahədə, 1 otağında divan-kreslo, masa və giriş qapısı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/541829.html