Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

 18:11 02.03.2021     58

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Qalib Mahmudovun təşəbbüsü ilə Vellinqton şəhərində Xocalının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Komitədən Milli.Az-a verilən məluata görə, "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı "Azəri" cəmiyyətinin üzvləri Xocalı soyqırımı barədə fotoşəkillərin və informasiyanın əks olunduğu 1500 broşüru yerli sakinlərə paylayıblar. Broşürlar sakinlərin poçt qutularına salınıb.

Vellinqton sakinlərinin bu dəhşətli faciə barədə daha çox məlumat almaları üçün broşürlarda "justiceforkhojaly.org" portalına da diqqət cəlb edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/927201.html