Kubokun oyunu təxirə salındı

 18:17 02.03.2021     50

Almaniya kubokunun 1/4 final mərhələsində bu gün keçirilməli olan "Regensburq" - "Verder" matçı təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
"Regensburq"da baş məşqçi Mersad Selimeqoviçlə yanaşı, əsas komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanıb. Bu səbəbdən görüş təxirə salınıb. Oyunun keçirilmə tarixi hələ məlum deyil.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/927188.html