“Yuventus” Ronalduya görə böyümür”

 18:28 02.03.2021     48

"İnter" və "Atalanta"nın sabiq hücumçusu Nikola Ventola hesab edir edir ki, "Yuventus" Kriştianu Ronaldudan çox asılıdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 42 yaşlı veteran futbolçu Turin klubunun A seriyasındakı çıxışlarını şərh edərkən deyib:

"Əgər "Yuventus" oyuna Ronaldusuz başlasa, yenə qalib gələcək. Onlar səviyyəli mərkəz müdafiəçisi almalıdırlar. Komanda indi Ronalduya çox bağlanıb. Ona görə də "Yuventus" komanda kimi böyümür".

Xatırladaq ki, Andrea Pirlonun komandası hazırda A seriyasında 23 oyundan 46 xalla 3-cü yeri tutur. Lider "İnter"in 24 oyundan 56 xalı var.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/927189.html