Avropa Birliyi Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

 18:39 02.03.2021     50

Avropa Birliyi (AB) rusiyalı bloger Aleksey Navalnının həbsindən dolayı Rusiyanın bir sıra güc strukturlarının rəhbərlərinə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, Rusiya baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin, Cəzaların İcrası Federal Xidmətini rəhbəri Aleksandr Kalaşnikov və Rosqvardiya komandanı Viktor Zolotovun adı sanksiya siyahısına daxil edilənlər arasındadır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542002.html