Əfv komissiyasında indiyədək 550-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya tam tərkibdə olub: "Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 4-də keçiriləcək".
Qeyd edək ki, komissiyada indiyədək 550-dən çox müraciətə baxılıb.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/927286.html