E-manat aparatından 3510 manat oğurladılar

 18:49 02.03.2021     61

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 306 manat, oradakı “E-manat” ödəmə terminalından isə 3510 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov və Ağdaş rayon sakini R.Hümbətov saxlanılıblar.

Tutulan şəxslər ətrafında araşdırmalar aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/crime/348262.html