Məhəmməd Salah Yay Olimpiya Oyunlarında

 18:55 02.03.2021     49

"Liverpul"un hücumçusu Məhəmməd Salahın bu yay Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı gözlənilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Misirin futbol üzrə olimpiya millisinin məşqçisi Şaki Qərib bildirib. Onun sözlərinə görə, ilkin ehtimala əsasən, komandanın liderləri Məhəmməd Salah (28 yaş) və Məhəmməd Əl-Nenni ("Arsenal", 28 yaş) olacaq. Məşqşi bildirib ki, məsələ ilə əlaqədar futbolçuların klubları ilə də danışıqlar aparılacaq.

Qeyd edək ki, Olimpiya turnirində yaşı 23-dək olan futbolçuların iştirakına icazə verilir. Lakin heyətə yaşı 23-dən artıq olan 3 nəfər oyunçu də cəlb edilə bilər.

Xatırladaq ki, Yay Olimpiya Oyunlarının 2021-ci il iyulun 23-dən avqustun 8-də Tokio keçirilməsi nəzərdə tutulub.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/927200.html