Zelenski də peyvənd olundu - FOTO

 19:01 02.03.2021     60

Ukrayna Prezidenti Vladimir Zelenski Luqansk bölgəsinə səfəri zamanı koronavirusa qarşı peyvənd olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə öz instaqram hesabında məlumat verib. O, peyvənd olunarkən çəkdirdiyi şəkli sosial şəbəkəyə yerləşdirib.

"Həkimlər və hərbçilər artıq peyvənd olunublar, hamını kampaniyada da növbəyə qoşulmağa çağırıram. Qorxulası bir şey yoxdur, şəxsi nümunə göstərdim",- deyə Zelenski yazıb.

Qeyd edək ki, Ukraynada fevralın 24-dən etibarən Hindistan  istehsalı  "AstraZeneca/Oxford"  peyvəndi (CoviShield) ilə kütləvi vaksinasiya proqramı başladılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/927218.html