Rusiya kosmodromundan avadanlıq oğurlandı

 19:17 02.03.2021     51

Qazaxıstanda Rusiyaya məxsus Baykonur kosmodromundan elektron avadanlıqlar oğurlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Yerüstü Kosmik İnfrastruktur Obyektlərinin İstismarı Mərkəzi bildirib.

Qeyd olunub ki, oğurluq faktı ilə bağlı Rusiyada Daxili İşlər Nazirliyinin müvafiq idarəsi tərəfindən cinayət işi açılıb.

Mətbuatın yazdığına görə, oğurluq fevralın ortalarında baş verib. Hadisə kosmodromun istifadə olunmayan uçuş sahəsində qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/927233.html