Anya bir gecəlik libas üçün 4 milyon xərclədi - FOTO

 19:23 02.03.2021     44

Hər il olduğu kimi bu dəfə də "Qızıl qlobus" mükafatlarının təqdimat mərasimi keçirilib. Hollivud ulduzlarının bərq vurduğu gecədə hər bir məşhur geyindiyi bahalı libası və istifadə etdiyi ziynət əşyaları ilə müzakirələr səbəb olub.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, 78-ci "Qızıl qlobus" mükafatları mərasiminin ən çox danışılan tanınmışları sırasında "Ən yaxşı qadın aktrisa" adına layiq görülən Anya Teylor-Coy da olub.

O, gecədə geyindiyi bahalı libası və aksessuarları ilə müzakirə obyektinə çevrilib. "Tiffany Co" markasına məxsus olan Teylor-Coyun üzərindəki ziynət əşyalarının ümumi dəyərinin 2 milyon 300 min dollar (təxminən 4 milyon manat) olduğu bildirilib.

Aktrisanın "Dior Haute Couture"dan seçdiyi zümrüdü yaşıl libasının qiyməti isə açıqlanmayıb.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927232.html