Papa xəbərdarlıq etdi: Yeni Nuh daşqınları...

 19:42 02.03.2021     56

İnsanlığı yeni qlobal daşqınlar gözləyir.

Axar.az xəbər verir ki, bunu Roma papası Fransisk deyib.

Onun sözlərinə görə, dövlət rəhbərləri qlobal istiləşmə ilə bağlı tədbirlər görməzsə, fəlakət başlayacaq.

“Əgər biz bu yolu davam etdirsək, daşqınlar baş verəcək”, - papa bildirib.

Fransisk bildirib ki, Nuh peyğəmbər mənəviyyatı sayəsində bu fəlakətdən sağ çıxıb. O, vətəndaşları və siyasətçiləri ehtiyatlı olmağa səsləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542023.html