Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı

 19:32 02.03.2021     38

Niderland rəssamı Vinsent van Qoqun "Gənc yapon qız" əsərinin eskizi rekord qiymətə satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1888-ci ildə çəkilmiş eskiz Nyu-Yorkda 10,4 milyon dollara satın alınıb.

Şəkli alan şəxsin adı açıqlanmayıb.

Niderlandlı rəssamın əsərinin orijinalı Vaşinqtonda Milli İncəsənət Qalereyasında saxlanılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927294.html