"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir

 20:14 02.03.2021     41

2021-ci ilin fevralında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 52,07 faiz təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,03 faiz azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 1,42 faiz artaraq 35,17 faiz təşkil edib.

"Apple" şirkətinin "iOS" əməliyyat sisteminin payı 0,42 faiz artaraq 8,62 faizə bərabər olub.

Digər əməliyyat sistemləri sırasında "macOS X" (Apple, 2,35 faiz), "Linux" (0,38 faiz) və digər əməliyyat sistemləri (1,26 faiz) yer alıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927296.html