Bu qidalar ağciyərləri təmizləyir

 21:45 02.03.2021     58

Çirkli hava, zərərli vərdişlər, qaydasız qidalanma prosesi bir çox orqana, xüsusi ilə də də ağciyərə zərər verir. Lakin pəhriz yeməkləri və idmanla ağciyərləri əvvəlki sağlamlığına qaytarmaq olar.

Ağciyəri bir çox xəstəliyə, o cümlədən koronavirusa qarşı da gücləndirmək lazımdır. Bəs güclü və sağlam ağciyər üçün hansı qidaları istehlak etməliyik?

Milli.Az axşam.az-a istinadən, ağciyəri təmizləyən və qoruyan qidaları təqdim edir:

1. Zəncəfil

İltihab əleyhinə olan bu ədviyyat növü tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

2. Sarımsaq

Təbii bir an tibiotik olan sarımsaq, ağciyərlərin davamlı fəlaiyyətini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir yaradır.

3. Kəklikotu

Tərkibindəki efir yağları nəfəs tıxanıqlığını aradan qaldırır. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alır. Antibakterial xüsusiyyətləri sayəsində bakteria artımının qarşısını alır.

4. Qara kök

Öskürək üçün daha faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlara sahibdir. Ağciyər xərçənginin yaranmasının qarşısnı alır.

5. Üzüm tumları

Tərkibndə "resveratrol" adlı kimyəvi birləşmə ağciyəri qoruyur. Xüsusilə ağciyər xərçənginə qarşı daha təsirlidir. Üzüm tumlarının çeynənilərək qəbul edilməsi tövsiyyə olunur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926653.html